Azərbaycan Prezidenti İlham Əliyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında Polşanın keçmiş Prezidenti mərhum Lex Kaçinskinin xüsusi rolunu qeyd etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, ölkələrimiz arasında münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etməsi dövlət başçılarının ikitərəfli əlaqələrə göstərdikləri diqqətin təzahürüdür. Münasibətlərimizin inkişafında səfirlərin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Kşiştof Krayevskinin əlaqələrimizin genişlənməsi üçün çox işlər gördüyünü vurğulamış, onun ölkəmizdəki bir çox proseslərdə fəal iştirak etdiyini bildirmişdir. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevskinin "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladığını demiş və ordeni ona təqdim etmişdir.
Səfir Kşiştof Krayevski Azərbaycanın "Dostluq" ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini vurğulamışdır. Bakıya gəldiyi ilk günü xatırlayan diplomat onun ölkəmizdəki fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi yüksək qiymətdən təsirləndiyini demiş, bunun özü və ölkəsi üçün çox vacib və əhəmiyyətli olduğunu bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən diplomat səfirliyin işinə şəxsən Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd etmiş və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında