Geniş tərkibdə görüş

 

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Xorvatiya Prezidenti İvo Yosipoviç əlaqələrimizin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu deyən Prezident İvo Yosipoviç enerji, mədəniyyət və turizm sahələrində münasibətlərin genişləndirilməsinin vacibliyini vurğuladı.

İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bildirdi.

Azərbaycana səfərini məmnunluqla xatırlayan İvo Yosipoviç xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildirdi və həmin səfərdən zəngin təəssüratlarla ayrıldığını qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Xorvatiya əməkdaşlığı siyasi, iqtisadi və digər sahələrdə inkişaf edir. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini vurğuladı.

Enerji sahəsində fəal əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan ilə Xorvatiya arasında bu sahədə əlaqələrin genişləndirilməsi vacibdir.

Nəqliyyat sahəsində əlaqələrin perspektivlərinin yüksək olduğunu deyən Prezident İlham Əliyev mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdiyini və yeni layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirdi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söylədi.

Prezident İlham Əliyev qarşılıqlı investisiyaların qoyulması baxımından ölkələrimiz arasında fəal əməkdaşlığın olduğunu dedi və gələcəkdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında