Prezident İlham Əliyev "Balakən-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

{nl}

İyulun 8-də Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, dövlətimizin başçısının 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə respublikamızda külək və su elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədi ilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır. Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.
"Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli "AZENKO" şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir.
Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoydu.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında