Balakəndə "Qubek" mehmanxanası istifadəyə verilmişdir

Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış oldu.
Məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanmışdır. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları vardır. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Burada, həmçinin qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunmuşdur.
Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında