Balakən inkişaf etmiş müasir şəhərdir

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir.
Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artmışdır. 2010-cu ilin birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınmışdır.
Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülmüşdür. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılmış, bir çox kəndlərə mavi yanacaq verilməsinə başlanılmış, avtomobil yollarında əsaslı və cari təmir işləri görülmüşdür. Ötən il bir neçə məktəb binası tikilmiş, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Balakən rayonunda 4 müasir məktəb binası tikilmişdir.
2004-2009-cu illərdə Balakəndə ümumilikdə 3096-sı daimi olmaqla 8876 yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1160-dır. Balakəndə abadlıq-quruculuq işlərinə də xüsusi diqqət yetirilmiş, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısının 2006-cı və 2008-ci illərdə Balakənə etdiyi səfərlər rayonun ictimai, siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklərlə yadda qalmışdır. Bu səfərlər Balakənin yeni inkişaf dövrünün başlanğıcı kimi səciyyələndirilir.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısı abidənin yerləşdiyi ərazidən rayon mərkəzinin ümumi mənzərəsini seyr etdi.
Diqqətə çatdırıldı ki, ulu öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilmiş, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında