Azərbaycan Prezidenti İlham Əliyevin Zaqatala və Balakən rayonlarına səfəri

{nl}

Zaqatala dinamik şəkildə inkişaf edir, rayonun iqtisadi, sənaye potensialı artır
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir.
Ölkənin bütün regionları kimi, Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.
Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Zaqatalaya bir neçə dəfə səfər etməsi rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2009-cu ildə 4,1 dəfə, sənaye məhsulunun həcmi 2,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 15,7 dəfə artmışdır. Sosial və istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi Zaqatalada işsizliyin səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərmişdir. 2003-cü ildən başlayaraq 2010-cu ilin birinci rübünə qədər Zaqatalada 7805-i daimi olmaqla, 12190 yeni iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində olmuş, son bir neçə ildə 7 tibb məntəqəsi tikilmiş, mərkəzi rayon xəstəxanasının və 2 kənd sahə xəstəxanasının binaları əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər birində 240 şagird yeri olan üç kənd orta məktəb binası, digər mənbələr hesabına isə 10 yeni məktəb binası tikilmişdir. Zaqatalanın qaz və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də mühüm tədbirlər görülmüşdür.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülmüşdür. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, fəvvarələr yenidən qurulmuş, yaşıllıq zolağı genişləndirilmişdir.
AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında