Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul etmişdir.
Dövlətimizin başçısı internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadenin VII İnternet İdarəçilik Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə azad internetin fəaliyyətinə xüsusi diqqət verildiyini vurğuladı.
Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirdi. O, ünvanların idarə olunması sisteminin 14-cü regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğuladı. Qonaq bu serverin dünya üzrə 10-nun ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirdi və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında