"Kraun KO" anbar kompleksi bölgədə taxılçılığın inkişafına təkan verəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə "Kraun KO" taxıl anbarı kompleksinin açılışında iştirak etmişdir. 
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, "Kraun KO" taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunmuşdur. Anbar ən müasir avadanlıqla təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də icrasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilmişdir. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılmış, bu ilin oktyabrında başa çatdırılmışdır.
Anbar ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Kompleks təmizləmə, qurutma və havalandırma sistemləri ilə təchiz edilmişdir. Buraya gətirilən taxıl əvvəlcə tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən sonra dərmanlanır və ikinci anbara nəql olunur. Taxılın təmizlənməsi və yuyulması üçün ərazidə su çəni quraşdırılmışdır. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür. Buraya ayrıca dəmir yolu xətti də çəkilmişdir. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədilə 43,5 min hektar ərazidə əkin işləri aparılır.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Anbardan ilk məhsul maşınlara yükləndi.
Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında