Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Lindeni qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi.
Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğuladı.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında