XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi və konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Hamınıza cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Bu mötəbər ənənəvi tədbirin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş yeni neft siyasəti ilə eyni vaxtda, 1994-cü ildə qoyulmuşdur. Həmin dövrdən Bakıda ardıcıl keçirilən belə mühüm sərgi və konfransların ölkəmizin müəllifi və ya bilavasitə iştirakçısı olduğu strateji layihələrin həyata keçirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində və qlobal tərəfdaşlığın qurulmasında böyük rolu vardır.
Azərbaycan hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır, həm də xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir.
Respublikamızın başlatdığı daha bir irimiqyaslı layihə ən müasir tələblərə cavab verən neft-kimya kompleksinin yaradılmasıdır. Əməkdaşlıq üçün geniş perspektivlər açan bu meqalayihə Azərbaycanın neft-qaz emalı sənayesini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaqdır.
Builki sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Əminəm ki, bu görüşünüz də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən olunmasına öz dəyərli töhfəsini verəcəkdir.
Ən xoş arzularla,

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2012-ci il

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında