Prezident İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzəni qəbul etmişdir

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzəni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Səfir Mətyu Brayzə dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın dövlətimizin başçısına ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini vurğulayan Mətyu Brayzə bu səfərlər zamanı ölkəmizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdiyini dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Mətyu Brayzənin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı.
AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında