Qaxda avtovağzal kompleksi istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də "Qax-Avto" MMC-nin avtovağzal kompleksinin açılışında iştirak etmişdir.Azərbaycan Prezidenti avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.
Bildirildi ki, ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılmışdır. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınmışdır. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılmışdır. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilmişdir. Kompleksin işıqlandırma sistemi də mükəmməlliyi ilə diqqəti cəlb edir.
Qeyd edildi ki, ikimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılmışdır. Burada ana və uşaq otağı da vardır. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılmışdır. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Tibbi xidmətə ehtiyacı olanlar isə həkim otağına müraciət edə biləcəklər. Avtovağzalda restoran da fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar, iclas salonu, dörd qonaq otağı kompleksin ikinci mərtəbəsində yerləşir. Bir sözlə, yeni avtovağzal kompleksində sərnişinlərə yüksək səviyyədə xidmət göstəriləcəkdir.
Dövlətimizin başçısı, perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxdı.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında