Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.
Dövlətimizin başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin Kazan görüşü zamanı müzakirə edilən məsələlərlə əlaqədar olmasının önəmini qeyd etdi. İkitərəfli əlaqələrimizin inkişaf səviyyəsinin çox böyük razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin ölkələrimiz və region üçün vacib olduğunu vurğuladı. Prezident İlham Əliyev dinamik və uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin gündəliyini bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını dedi.
Xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun Rusiyadan, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı keçirilən müzakirələrin nəticəsi olaraq məsələnin həlli ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinə müraciət hazırladığını dedi və həmin müraciəti dövlətimizin başçısına çatdırdı.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında