Heydər Əliyev Parkında yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanışlıq

İyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 9-cu mikrorayonu ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1999-cu ildə istifadəyə verilmiş parkda yenidənqurma işləri bu ilin aprelində başlanmışdır.
Prezident İlham Əliyev parkın yenidənqurma sxemi ilə tanış oldu.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, 7,6 hektar ərazisi olan parkda müasir memarlıq üslubunda, möhtəşəm giriş ucaldılmışdır. Parkda Heydər Əliyev Muzeyi, istirahət meydançası və yeni fəvvarələrin tikintisi nəzərdə tutulmuşdur. Heydər Əliyev Muzeyinin parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilməsi planlaşdırılır. Muzeydə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif illərinə həsr olunan stendlər, Sumqayıta səfərlərini əks etdirən fotolar, ölkəmizə rəhbərlik etdiyi illərə aid sənəd və materiallar, digər tarixi eksponatlar toplanacaqdır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşrlər saxlanılacaqdır.
Prezident İlham Əliyev parkın yenidən qurulmasında istifadə olunacaq inşaat materiallarının nümunələrinə baxdı.
Bildirildi ki, parkın girişində 8 metr hündürlüyündə müasir saat qülləsinin də tikintisi aparılır.
Dövlətimizin başçısına məlumat verildi ki, parkda geniş yaşıllıq zolağı da salınacaq, müasir işıqlandırma sistemi və uşaqlar üçün attraksionlar qurulacaq, bir sözlə, şəhər sakinlərinin istirahəti üçün bütün şərait yaradılacaqdır.
Prezident İlham Əliyev parkın ərazisini gəzdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında