Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karolin Braunu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karolin Braunu respublikamızda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı xanım Karolin Braunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Xanım Karolin Braun Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirdi. O, ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Xanım Karolin Braun ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında