İran İslam Şurası Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani iyunun 30-da Azərbaycana rəsmi səfərə gəlmişdir. 
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Əli Laricani hava limanında jurnalistlərə bildirmişdir ki, İran ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Münasibətlərimiz ümummilli lider Heydər Əliyevin dövründə uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi məqsədyönlü siyasət ölkələrimizi daha da yaxınlaşdırır. İqtisadi, siyasi, mədəni və digər sahələrdə münasibətlərimiz genişlənir.
Səfərin əsas məqsədi parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinə dair məsləhətləşmələr aparmaqdır.
Əli Laricani ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında