Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Qambiya Respublikasının xarici işlər naziri Ousainu Darboenin başçılıq etdiyi, Qambiyanın əmək və infrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyətini qəbul edib.
 
Dövlətimizin başçısı Azərbaycan ilə Qambiya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-də uğurlu əməkdaşlıq həyata keçirdiyini və bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənməsinə görə təşəkkürünü bildirdi. 
Xarici işlər naziri Ousainu Darboe Qambiya Prezidenti Adama Barrounun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Prezident Adama Barrou Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin olunması işinə mühüm töhfə verdiyini bildirib. Nazir Ousainu Darboe Azərbaycan ilə Qambiyanın Qoşulmama Hərəkatında fəal iştirakını qeyd edərək ölkələrimizin İslam Əməkdaşlıq Təşkilatında, BMT-də bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğuladı. Ousainu Darboe daha sonra qeyd etdi ki, onun ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və diqqətə çatdırdı ki, Qambiya Prezidenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyir. 
Prezident İlham Əliyev Qambiya  Prezidenti Adama Barrounun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan ilə Qambiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd edildi.  
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında