Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür. Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra
bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

* * *

Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 582 seçici qeydiyyata alınıb.

Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri izləyirdilər.

Beynəlxalq müşahidəçi, Moldova parlamentinin vitse-spikeri Vladimir Vityuk bildirib ki, seçicilər öz iradələrini sərbəst surətdə ifadə edə bilirlər. Biz Azərbaycan vətəndaşlarının respublikanın taleyinə olan marağının və səsvermə prosesində fəal iştirakının şahidiyik. Səsvermənin gedişi göstərir ki, prezident seçkiləri mütəşəkkil, demokratik və şəffaf şəkildə başa çatacaqdır.

Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”. 

Qeyd edək ki, Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində də seçicilər xalqımızın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa, sabitliyə və əmin-amanlığa səs verirlər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında