Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.        

Dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər
 Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğuladı.

Dövlətimizin başçısı Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu dedi və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd etdi.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında