“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir

 2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” loukoster aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun II terminalının şimal girişi vasitəsilə yerinə yetirməyə başlayacaq.

“Buta Airways” gələn reysləri isə əvvəlki kimi, I Terminalda qarşılamağı planlaşdırır.

II Terminal  mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.

Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. II Terminalın uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və metronun  "28 May" stansiyası arasında yalnız metronun "Koroğlu" stansiyası yaxınlığında qısa müddət dayanmaqla hərəkət edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 nömrəli telefon vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsinə müraciət etmək olar: www.fb.com/BakuAirport

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında