Azərbaycan-Koreya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Sentyabrın 6-da Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Qrupun rəhbəri Malik Həsənov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açdı, Koreya ilə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı. Deputat xüsusən müasir texnologiyaların istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izlənildiyini və təqdir edildiyini söylədi. Bildirildi ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza var. 


İşçi qrupun rəhbəri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd edildi ki, bu münaqişə regionda sülh və sabitliyi ciddi təhdid altında saxlayır.

Park Cu-sun ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu, bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söylədi. Park Cu-sun Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının onları sevindirdiyini bildirdi, iki ölkə arasında mədəni, humanitar və turizm sahələrində əməkdaşlığın perspektivlərindən danışdı. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz açdı, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını söylədi.

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında