Şəmkirli şəhid son mənzilə təntənə ilə yola salındı

Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin əsgəri Xəlilov Xanoğlan İntizam oğlu  yaşadığı Şəmkir rayonunun Şeidlər kənd qəbirstanlığında torpağa tapşırılmışdır.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyinin zabitləri, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı,  ağsaqqallar, fəal gənclər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Alimpaşa Məmmədov mərasimdə çıxış edərək demişdir ki, bu qan yerdə qalmayacaqdır. Qələbə bayraqlarımızın Şuşada, Xankəndidə dalğalanacağı günə lap az qalıb. Torpaqlarımızı yağı düşməndən azad etməyə qadir olan ordumuz var. Keçən ilin aprel döyüşləri bunu bir daha təsdiq etdi. Şəmkir onda da şəhid verdi. Lakin bu, bizi daha səfərbər,düşmənə qarşı amansız olmağa səsləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət hər bir azərbaycanlını əmin edir ki, qələbə günü uzaqda deyil.

Döyüş bayrağı şəhidin atasına təqdim olunmuşdur. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınmışdır.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü Xanoğlan Xəlilov 2016-cı ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən “N” saylı hərbi hissəyə xidmətə göndərilmişdi.

Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verilmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında