Gəncədə məktəb-lisey kompleksinin açılışı olub

İmadəddin Nəsimi adına Gəncə şəhər 44 nömrəli məktəb-lisey kompleksinin əsaslı təmirdən sonra açılışı olub. Açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən məktəbin direktoru Knyaz Süleymanov bildirib ki, təhsil ocağı 2011-2012-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olub. Cari təhsil ilində bu tam orta məktəbdə 1172 şagirdin təhsil aldığını vurğulayan Knyaz Süleymanov qeyd edib ki, onların təlim- tərbiyəsi ilə 120 müəllim məşğul olur.

Məktəbin altıncı sinif şagirdi Rüqəyya Əliyeva təhsil ocağının əsaslı təmir edilərək istifadəyə verildiyi üçün ölkə rəhbəri İlham Əliyevə məktəb yoldaşları adından minnətdarlığını bildirib.

Məktəbin valideyn komitəsinin sədri Fazil Nağıyev ölkə rəhbəri İlham Əliyevə fidan balalar üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Qeyd edib ki, valideynlərin əsas arzusu övladlarının təhsil alaraq, ölkəyə layiqli vətəndaş olmalarıdır. Açılış mərasimində çıxış edən müəllim, şagird və valideynlər yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açılış mərasimində çıxış edərək vurğulayıb ki, dövlət proqramına uyğun olaraq, 2016-ci ilin sonuna kimi Gəncədə daha 2 tam orta məktəb, 1 internat tipli məktəb, 2 körpələr evi – uşaq bağçası əsaslı təmir edilərək təhvil veriləcək.

Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev qeyd edib ki, son illər ərzində Gəncədə 28 tam orta məktəbdə təmir işləri aparılıb.Bütün bunlar isə şəhərin ali məktəblərə daxil olanların sayına görə son 5 ildə ən yüksək göstərici əldə etməsinə bilavasitə təsir göstərib. İcra hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

Elmar Vəliyev məktəbin tikintisində iştirak edən bir qrup işçiyə  təşəkkürnamə və hədiyyələr verib. Şagirdlərin də iştirakı ilə məktəbin açılşını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub.

Qeyd edək ki, 1973-cü ildə tikilən bu tədris ocağı ilk dəfədir əsaslı təmir olunur. 2 hektardan çox ərazini əhatə edən  üçmərtəbəli məktəb binasında tibb ocağı, kitabxana, idman zalı,yeməkxana, laboratoriya, 3 kompüter  və 51 sinif otağı var. Məktəb məzunlarının bu il 68 faizi müxtəlif ali məktəblərə qəbul olunaraq, şəhər üzrə ən yüksək göstərici əldə edib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında