Artıq yeni 2017-ci ilin bayram dolu nəfəsi duyulur. Bəli, 2016-cı il tarixə çevrilməkdədir və elə insanlar var ki, bu ili uzun müddət xatırlayacaqlar. Bu il kim isə ailə qurub, kimin isə ailəsində ilk övlad dünyaya gəlib, kim isə ali məktəbə daxil olub və... kim isə udub! Bəli, bəli. Söhbət sanballı pul udan lotereya istehlakçılarından gedir.
Ötən yazılarımızda “Azərlotereya”nın keçirdiyi lotereyalarda iştirakçıların uduşları haqda mütəmadi yazmışıq və hesab edirik ki, cari ilin yalnız ikinci yarısında qeydə alınan bəzi uduşları xatırlamağa dəyər. İyun ayında “Klassik Loto”da qeydə alınan 256 min manat, iyul və oktyabrda “5/36”-da qeydə alınan 134 min manat və 113 min 690 manat, oktyabrda “6/40”-da qeydə alınan 146 min 430 manat, sentyabr və oktyabrda “Binqo”da qeydə alınan 135 min manat və 175 min manat məbləğində möhtəşəm uduşların bəxtəvər sahibləri 2016-cı ili hələ uzun müddət xatırlayacaqlar.
Sadalanan bu uduşlar heç də iyul ayından bəri qeydə alınan uduşların hamısı deyil. Son 4 ay ərzində, həmvətənlərimizin sahib olduqları bu tipli-tirajdan tiraja keçən uduşların ümumi məbləği 1 milyon 42 min 380 manatdır. Tirajlarda gündəlik qeydə alınan uduşlara gəldikdə isə bir neçə ay ərzində milyonlarla irili xırdalı uduşlarla yanaşı, 21 dəfə 10 min manat, 23 dəfə 12 min manat və 24 dəfə 13 min 300 manat məbləğində uduşlar qeydə alınmışdır. İlin sonunadək yəqin ki, daha neçə-neçə bəxtəvər həmvətənimiz Yeni il bayramına uduş bayramı əlavə edəcək.
Yeri gəlmişkən, yeni il ərəfəsi ənənəvi olaraq hər bir evdə bayram şənliklərinə hazırlıq gedir, telekanallarda müxtəlif əyləncəli verilişlər yayımlanır. Lotereya həvəskarları isə maraqlı verilişlər bolluğunda, həvəslə bayram lotereyalarının tirajlarını gözləyirlər. Bəli, dekabr ayının 26-da, 28-də və 30-da axşam saat 19.30-da “Space” TV-nin canlı yayımında Siz “Super Binqo”, “Qış Möcüzəsi” və “Yeni il sevincləri” lotereyalarının tirajlarını izləyə bilərsiniz. Bu möhtəşəm tirajlar əyləncə baxımından istənilən bayram verilişi ilə “yarışa” bilər.
Amma bu tirajları əyləncə kimi izləməkdənsə, bircə bilet alıb tirajlarda iştirak etməklə 2 manatdan 5 min manatadək minlərlə irili xırdalı pul uduşlarına və hər biri 10 min manat məbləğində olan 15 super uduşa sahib ola bilərsiniz. İlk olaraq dekabrın 26-da “Super Binqo”nun tirajı keçiriləcək və biz ötən yazımızda bu lotereyanın oyun qaydaları haqqında ətraflı məlumat vermişik. Növbəti bayram layihəsi olan “Qış Möcüzəsi” lotereyası isə iştirakçıları dekabr ayının 28-də gözləyəcək. İlin uduş marafonu dekabrın 30-da axşam “Yeni il Sevincləri” lotereyasının tirajı ilə başa çatacaq. Bu lotereyaların tirajları üç turdan ibarətdir. Hər iki lotereyada, ilk turda üfüqi sıralarından hər hansı biri ən tez dolmuş, ikinci turda isə lövhələrindən hər hansı biri ən tez dolmuş biletin sahibləri hərəyə 10 min manat udurlar.
“Qış Möcüzəsi” lotereyası tirajının üçüncü turunda yenə də, hər hansı bir lövhəsi ən tez dolmuş növbəti biletin sahibi, “Yeni il sevincləri” lotereyasının üçüncü turunda isə ilk tam dolmuş biletlər öz sahiblərinə 10 min manat məbləğində uduşun sevincini yaşadacaqlar. Hər iki lotereyanın tirajında əsas turlar başlamazdan öncə, “həvəsləndirici” turda seriya nömrəsi lototrondan çıxarılan altı rəqəmlə uyğun gələn lotereya bileti 5 min manat, əsas turlar bitdikdən sonra dalbadal keçirilən “həvəsləndirici” turlarda isə, seriya nömrəsi lototrondan çıxarılan altı rəqəmlə uyğun gələn lotereya biletlərinin – daha dörd biletin hərəsi 10 min manat udurlar. Bu tirajlarda keçirilən digər “həvəsləndirici” turlarda isə seriya nömrəsinin ilk dörd rəqəmi nəzərə alınmadan son iki rəqəmi lototrondan çıxan iki rəqəmlə uyğun gələn minlərlə bilet sahibləri hərəyə 2 manat udacaqlar.
Qeyd etmək lazımdır ki, lotereya bazarında müxtəlif zövqlərə cavab verən lotereyalar fəaliyyət göstərir və bayram ərəfəsi, intellektuallar da “darıxmayacaq”. Belə ki, hazırda “5/36” və “6/40” lotereyalarında iştirakçılar 100 min manatlıq həddə çatmaqda olan möhtəşəm “Cek Pot”lar uğrunda mübarizədə uduş sevinci yaşamaqla bərabər həm də öz intellekt və intuisiyalarını nümayiş etdirmək əzmindədirlər. Bu isə mübarizənin maraqlı keçəcəyindən xəbər verir.
Yeri gəlmişkən, ani lotereya bazarında da mübarizə yeni çalarlarla bəzənməkdədir. Hazırda fəaliyyət göstərən “5/36” və “6/40” ani lotereyalarında, eləcə də “Qoşa Sans 2”, “Super 8”, “Uğurlu Rəqəm 8” və nəhayət, “Super Uğurlu Rəqəm” ani lotereyalarında yüz minlərlə uduş öz xoşbəxt sahiblərini gözləyir. Ani lotereyaları alıb, pozub, bir an içində uduşa sahib də ola bilərsiniz. İntellektual lotereyalarda intuisiyanıza güvənib, intellektinizi səfərbər edib uduş sevinci yaşaya bilərsiniz. Yeni 2017-ci ili uduş sevincləri ilə qarşılayın...
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.