AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır

 “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportuna müntəzəm reyslərin sayını artırır.  2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan “Vnukovo” aeroportuna hər gün iki reys yerinə yetiriləcək. Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” aeroportunun baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada imzalamışlar. Sonra “Vnukovo” aeroportunda birgə mətbuat konfransı keçirilmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev mətbuat konfransında bildirmişdir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar yerli vaxtla səhər saat 08:00-da və 16:30-da yerinə yetiriləcəkdir. Moskvaya eniş isə saat 10:10 və 18:40-a planlaşdırılıb.  “Vnukovo” aeroportundan uçuş yerli vaxtla saat 11:10 və 19:40-da, Bakıya eniş isə yerli vaxtla saat 15:00 və 23:30-da olacaq. Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi ilə komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir. Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir. “Vnukovo” aeroportu ilə yanaşı, AZALJET Moskvanın “Domodedovo” aeroportuna, Sankt-Peterburqun “Pulkovo” aeroportuna, Mineralnıye Vodı və Kazan şəhərlərinə reyslər, eləcə də Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər təşkil edir.

AZAL aviaşirkətinin Rusiyaya uçuşları ilə bağlı planlarından danışan E.Hacıyev vurğulamışdır ki, şirkət qonşu ölkənin digər regionlarına da reyslər açmaq niyyətindədir.

 “Vnukovo” Beynəlxalq Aeroportunun baş direktoru Vasili Aleksandrov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev  çıxış edərək bildirmişlər ki, Azərbaycan aviaşirkətinin Rusiyaya uçuşlarının sayının artırılması iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişafına, ticari-iqtisadi, turizm sahələrində əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında