Xəzər haqqında bunları bilirdinizmi?

Tarix boyu müxtəlif şəkildə adlandırılmış, bu gün isə Azərbaycan, Rusiya, Qazaxıstan, İran  və Türkmənistanı sahil qonşuları edən Xəzər dənizi dünyanın, demək olar ki, hər yerində diqqət mərkəzindədir. Bəzi qüvvələr bu dənizi mübarizə meydanına çevirmək istəsə də, Xəzəryanı ölkələrin hamısı buranı əmin-amanlıq və sülh ünvanı etməyə çalışırlar. Biz isə tarixi mənbələrdən Xəzər haqqında  olan bəzi maraqlı məqamları seçib oxuculara təqdim edirik.

Alimlər yazırlar ki, Xəzər haqqında ilk qeydlərə bizim eradan əvvəl, IX əsrə aid  gil lövhəcik üzərində rast gəlinir. Assuriyanın Ninevi şəhərində tapılmış, üç hissəyə parçalanmış həmin gil lövhədə bizim mavi gözlü Xəzərimizin adı Böyük Şərq dənizi kimi qeyd edilir.

Eramızdan əvvəl,  546 -480-ci illərdə yaşamış Hekati Miletski Xəzərin adını  Hirkan  dənizi kimi çəkmişdir.

* * *

Eramızdan əvvəl, 384-322-ci illərdə yaşamış Aristotel əminlikə yazırdı ki, Hirkan dənizi yeraltı axınla Evkinski dənizinə ( indiki Qara dəniz) bağlıdır.

Makedoniyalı İsgəndər də öz  maraq dairəsində olan Xəzər haqqında geniş məlumat toplamaq üçün  eramızdan əvvəl 323-cü ildə məşhur dənizçi Patrakolu Xəzər sahillərinə göndərmişdir. Qaraboğazgöl körfəzinə qədər gələn Patrakol hazırladığı hesabatda göstərmişdir ki, Xəzərin çaylar vasitəsilə okeana çıxışı var.

Strabon özünün “Coğrafiya” kitabında  Xəzərin Qərbdən Şərqə doğru dartılmış şəkildə olduğunu yazırdı. İndi kosmosdan çəkilən şəkillər həmin mülahizəni təsdiqləyir.

Görkəmli Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanov XIX əsrin ortalarında yazırdı ki, Qafqaz dağ silsiləsinin davamı Xəzər dənizinin dibi ilə Türkmənistana qədər uzanır.

Əfsanə MƏHƏMMƏDLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında