Rusiya hərbi sənayesinin ADEX-2016-da sərgilənəcək məhsulları açıqlanıb

“Vertolyotı Rossii” holdinqi sabah Bakıda açılacaq ADEX-2016 sərgisində yeni döyüş və mülki helikopterləri təqdim edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şirkətin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, sərgidə Mi-38 (nəqliyyat-sərnişin variantı), Mi-28NE və Ka-52 “Alliqator” helikopterlərinin yeni modelləri nümayiş olunacaq.

Holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib ki, Azərbaycan “Vertolyotı Rossii” holdinqinin vacib tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Azərbaycan hökuməti hava nəqliyyatı parkının yenilənməsinə xüsusi diqqət yetirir, daim onu müasir helikopterlərlə yeniləyir. 

“Rosoboroneksport” şirkəti isə ADEX-2016-da 300-dən çox hərbi təyinatlı məhsul nümayiş etdirəcək. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, ADEX-2016-da “Tiqr” xüsusi zirehli avtomobil, Be-200 çoxməqsədli patrul amfibiya-təyyarəsi, “Tor-M2KM” zenit-raket kompleksi, T-90S tankı, “Molniya” raket kateri və 1124M layihəli qayıq əleyhinə kiçik gəmi sərgilənəcək.

Bakıda, həmçinin tank əleyhinə müasir “Metis-M1” sistemi, yüksək dəqiqliyə malik “Krasnopol-M2” artilleriya kompleksi, “Qran” minaatan kompleksi, “Pansir-S1” zenit-raket kompleksi üçün raketlər və digər silah növləri təqdim olunacaq.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında