Passiv siqaretçəkmə: qurunun oduna yaş da yanır

İndi dünyada bir milyarddan çox adam siqaret çəkir. Çoxdur, əlbəttə çoxdur. Bu o deməkdir ki, planetimizin hər altı sakinindən biri tütün məhsullarına aludə olub. Həkimlər siqaretin insan orqanizmi üçün yaratdığı fəsadlar barədə cild-cild kitablar yazıblar. Onlar uzun illərdir təbliğat aparırlar ki, adamlar sağlamlıqlarının qayğısına qalıb siqaretə yaxın durmasınlar. Amma bu təbliğatın hələ ki, faydası az olur.
Siqaretdən zərər çəkənlər təkcə siqaret çəkməyə vərdiş edənlər deyillər. Çəkənlərin yanında olanlar (bunları həkimlər passiv siqarət çəkənlər adlandırırlar - red.) siqaretin tüstüsündən birincilərdən heç də az zərər görmürlər. Qeyd edək ki, passiv siqarətçəkməyə məcbur olanların səhhətlərində yaranan problemlərlə bağlı araşdırmalar əvvəllər aparılmayıb. Dünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri bu problemi dərindən araşdırmaq məqsədi ilə 192 ölkədə passiv siqarətçəkmənin, yəni qeyri-ixtiyari siqaret tüstüsünü udmağın insan səhhətinə vurduğu fəsadları öyrəniblər. Bu günlərdə tədqiqatların nəticələri geniş ictimaiyyət üçün açııqlanıb.
Məlum olub ki, dünyada hər il 600 min insan passiv siqarət çəkmə nəticəsində yaranmış xətəliklərdən həlak olur. Tədqiqatlar göstərib ki, ötən il dünyada ölənlərin üçdə biri uşaqlardır. Uşaqlar böyüklərin onların sağlamlığına etinasızlığı nəticəsində xəstələnərək dünyalarını dəyişiblər. Evdə siqaret çəkən ata-anaların çoxu bəlkə də uşaqlarının səhhətinə vurduqları ziyanın miqyasını təsəvvür belə etmirlər. Amma,fakt faktlığında qalır. Mütəxəssislər hesablayıblar ki, passiv siqarətçəkmənin təsirinə məruz qalan uşaqlar arasında infarkt və ağ ciyər sətəlcəmi, astma, xərcəng kimi ağır xəstəliklərə daha çox təsadüf edilir.
ÜST-nin "Tütündən uzaq duraq" layihəsinin rəhbəri Armando Peruqa bu nüfuzlu qurumun sözügedən hesabatını alqışlayaraq deyib ki, bu mühüm sənəd tütün məhsullarının bütün bəşəriyyət üçün hansı ağır fəsadlara gətirib çıxardığı barədə geniş bilgilər verir. A. Peruqa həmçinin dünyanın hər yerində tütünın ziyanı barədə maarifçilik fəaliyyətinin genişləndirilməsinə kəskin ehtiyac olduğunu bildirib.
ÜST-nin sözügedən hesabatındakı bir sıra məqamlar həqiqətən narahatlığa əsas verir. Məsələn, hesabatda belə bir fakt açıqlanıb ki, hər il dünyada passiv siqarətçəkmə nəticəsində 165 min uşaq nəfəs yolları xəstəliklərinə düçar olur. Bu qəbildən olan xəstəliklər Cənub-Şərqi Asiya və Afrika ölkələrində daha sürətlə yayılır. Passiv siqarətçəkmə bu ölkələrdə həmçinin ağır yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Həkimlər deyirlər ki, siqaret tüstülənən evlərdə uşaqlar siqaret çəkilməyən evlərdəkinə nisbətən daha tez-tez xəstələnir, hətta yavaş surətlə boy atırlar.
Bir sözlə, siqaret çəkənlər başa düşməlidirlər ki, onların tüstüləndirdiyi tütün özlərinə də, ətrafdakı insanlara da yalnız zərər verir. Necə deyərlər, bu elə bir zərərli vərdişdir ki, bu zaman, qurunun oduna yaş da yanır. Bunları nəzərə alıb dünyanın bir çox sivill ölklərində ictimai yerlərdə siqaret çəkməyi qadağan ediblər. İndi dünyada belə ölkələrin sayı 17-dir. Lakin siqarətə qətiyyətlə yox deməyin vacib olduğunu, onunla ciddi mübarizə aparmağın vaxtının çatdığını artıq çox ölkələrdə başa düşürlər.

{nl}

Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında