Hərbi dənizçilərimiz “Xəzər kuboku - 2016” yarışlarının açılış mərasimində iştirak ediblər

İyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin "Xəzər kuboku - 2016" beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyindən verilən xəbərdə bildirilir ki, "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.

Qeyd edək ki, "Xəzər kuboku - 2016" üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.

Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaqdır.

Samirə ƏLİYEVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında