OPEC-in gəlirləri on il əvvəlki minimuma enib

OPEC-ə üzv ölkələrin neftdən gələn gəlirləri 2015-ci ildə 45,8 faiz azalaraq 2005-ci ildəki minimuma enib. Bu barədə OPEC-in hesabatında bildirilir.

2015-ci ildə dünya bazarında OPEC-ə üzv 13  dövlət 956,164 milyard dollar əvəzinə 518,216 milyard dollarlıq neft və neft məhsulları satıb.

OPEC-in liderləri- Səudiyyə Ərəbistanının neftdən gələn  gəlirləri 284,4 milyard dollardan 157,9 milyard dollara, Küveytin gəlirləri 97,554 milyard dollardan 48,782 milyard dollara, Birləşmiş Ərəb Əmirliklərinin gəlirləri isə 97,115 milyard dollardan 52,369 milyard dollara enib.

2015-ci ildə dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində OPEC-in ticarət balansının mənfəəti 99,5 milyard dollar təşkil edib. 2014-cü ildə isə bu göstərici 238,1 milyard dollar təşkil etmişdi.

Dünya bazarında isə neftin qiyməti gah qalxır, gah da azalır. Londonun "İCE" birjasının verdiyi məlumata görə, "Brent" markalı neftin bir barrelinin qiyməti əvvəlcə 50,90, sonra 50,22 və 50,50 dollar olub. Nyu-York Əmtəə birjasının (NYMEX ) verdiyi məlumata görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir barreli əvvəlcə 50,20, sonra isə 49,90 dollar olub.

Qəzənfər  QASIMOV,
"Xalq  qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında