SOCAR-AQŞ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqələrini genişləndirir

SOCAR-AQŞ-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi müəllim-tələbə heyəti ilə görüş keçirilib.

Müəssisənin tələbələr üçün elan etdiyi təcrübə proqramı çərçivəsində təşkil edilən görüşdə  SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev qonaqları salamlayaraq müəssisənin dəyərləri və missiyası, eləcə də fəaliyyət sahələri barəsində danışıb. Müəssisənin əməliyyatlar, texniki xidmət, STTƏMM və təlim və təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları qazma şirkətinin  fəaliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış edib, qonaqların suallarını cavablandırıblar.

Görüşdə, həmçinin müəssisənin yenicə istismara verilmiş “Bulla-6" dərin dəniz stasionar özülündə həyata keçirdiyi qazma işləri və tətbiq etdiyi yeni texnika və texnologiyaları özündə əks etdirən video-çarx nümayiş olunub.

Professor M. Babanlı səmimi qəbula görə minnətdarlığını bildirərək ölkənin aparıcı qazma müəssisələrindən sayılan SOCAR-AQŞ ilə  əməkdaşlıqda maraqlı olduqlarını və bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  aparılan islahatlardan, kadr hazırlığından geniş söhbət açaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkib.

SOCAR-AQŞ-nin baş direktoru R. İsayev görüşdə səsləndirilən təkliflərə münasibət bildirərək elm, təhsil və istehsalatın vəhdətindən irəli gələn təşəbbüsləri daim diqqət mərkəzində saxlayacaqlarını  bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri ilə bağlı müzakirələr də aparılıb.

Yeri gəlmişkən, SOCAR-AQŞ 2013-cü ildən etibarən neft-qaz mühəndisliyi sahəsində təhsil alan tələbələr üçün təcrübə proqramı elan edir. Sözügedən proqramın həyata keçirilməsinə  xüsusi diqqətlə yanaşan müəssisə rəhbərliyi tələbələrin yay tətilinin mənalı təşkili, onların səmərəli istehsalat təcrübəsi keçmələri və gənc kadrların yetişdirilməsi üçün lazımi şərait yaradır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında