Uşaqlar hər bir xalqın gələcəyidir

“Gələcəyin qurucuları olan uşaqları qorumaq bəşəriyyəti daim düşündürən məsələlərdəndir.

1950-ci ildə BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında hər il iyunun 1-nin  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etmək barədə qərarın qəbul olunması da məhz uşaqlara göstərilən diqqət və qayğının təzahürüdür. Hazırda dünya ölkələri bu tarixi uşaqların bayramı kimi təntənəli şəkildə qeyd edir”.

Bu fikirləri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Coşqun Əliyev ərazidəki 308 saylı tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında demişdir. O, uşaqları bayram münasibətilə təbrik edərək bildirmişdir ki, hər il  bu gün ölkəmizdə təntənəli tədbirlər keçirilir. Bu da səbəbsiz deyil. Çünki cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir.

Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev uşaqların sağlam böyümələrini və hərtərəfli biliyə yiyələnmələrini  prioritet vəzifə kimi qarşıya qoymuşdur. Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir.

Natiq bildirmişdir ki, uşaqların sağlam böyümələri, təhsil almaları  Heydər Əliyev Fondunun da diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramlar və bir sıra əhəmiyyətli layihələr icra olunmuşdur.

Sonra 4 saylı sahə inzibati ərazi dairəsindəki məktəb və uşaq bağçalarının hazırladıqları konsert proqramları, ədəbi bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Bədii hissə “Albalı” uşaq bağçasının balaca “sakinləri”nin dövlət himnimizi  oxumaları ilə başlandı. Həmin bağçanın  “Albalı” rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Bağçanın müdiri Şəlalə Səlimova və musiqi rəhbəri Kəmalə Bayramova ilə söhbət zamanı bildirdilər ki, uşaqlarda belə tədbirlərdə iştiraka böyük maraq var.

Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında