Regionlara təşkil olunan tur-aksiyada Sabirabaddan da 40 məktəbli iştirak edir

Martın 16-da səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin əməkdaşları və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri Gəncəyə yola salıblar.

AZƏRTAC xəbər verir ki, mərasimə toplaşan müəllim və valideynlər məktəblilərə tövsiyələrini verib, səfər zamanı davranış qaydalarını izah ediblər.

Sabirabad şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Ülvi İsgəndərov deyib: “Tur-aksiya iştirakçılarının siyahısına daxil olduğumu eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq məncə hər kəsin arzusudur. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.

Kür kənd ümumi orta məktəbin IX sinif şagirdi Nəcməddin Fətiyev isə fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Gəncə şəhərinə yola düşürük. Sonrakı günlərdə Şəmkir və Göygöl rayonlarında olacağıq. Ölkəmizin qədim tarixi, mədəniyyət və incəsənəti barədə çox oxumuşuq. Qarşıdakı dörd gündə bizə bütün bunları əyani şəkildə görmək nəsib olacaq. Buna görə çox sevinirəm”.

Rayondakı Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tur-aksiyada iştirak edən 40 məktəbli Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında