Vəli ƏLİBƏYOV: Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycana insan və investisiya axınına səbəb olur

Martın 10-da Azərbaycan paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi dünya dövlətlərinin sabiq rəhbərlərinin, hökumət başçılarının, ictimai-siyasi xadimlərin iştirakı və çıxışları ilə yadda qalmışdır. Forumun Bakıda baş tutması və dünyada gedən gərgin siyasi proseslərin müqabilində məkan kimi Azərbaycanın seçilməsi ekspertlər, siyasi texnoloqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Forumla bağlı  Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (İEERP) Ekspertlər Şurasının yeganə azərbaycanlı üzvü  Vəli Əlibəyov  bu barədə “Xalq qəzeti”nə  fikirlərini bildirdi:

– Azərbaycan növbəti beynəlxalq tədbirini keçirdi. Bu dəfə ölkəmiz qonaqlarını IV Qlobal Bakı Forumuna dəvət etmişdi. Dünyanı düşündürən aktual və ağrılı məsələlər Azərbaycanın paytaxtı, Bakı şəhərində müzakirə olundu. Bu gün Azərbaycan, sözün həqiqi mənasında, bəşəriyyətə bir multikulturalizm mesajı ötürməkdədir. Dünyanın paradoksal siyasi kəsişmələrində ölkəmiz müxtəlif konfessiyalara, milli-mədəni mənsubiyyətlərə malik tolerantlığı ilə dünyaya örnəkdir.

Azərbaycanın bu kimi əhəmiyyətli tədbirlər keçirməsi artıq hamımız üçün adət halını alıb. Xarici qonaqların hər dəfə Azərbaycana gələrək buradakı inkişafı, qonaqpərvərliyi görərək xoş təəssüratla geriyə dönməsi ölkəmizin imicinə müsbət təsir göstərir. Ölkəmiz həmçinin, müxtəlif məsələlərin müzakirəsi üçün açıq meydança olmaqla  əməkdaşlıq, qarşılıqlı anlaşmaya hazır olduğunu nümayiş etdirir. Demək olar ki, Azərbaycan özünü dünyaya tanıtmaq üçün nə lazımsa edir. Lakin, bu tanıtma zamanı müasir kommunikasiya texnologiyalarının nailiyyətlərindən də geniş istifadə etmək vacibdir. Bəs müasir kommunikasiya texnologiyaları ölkələrin tanıdılması barədə nə deyir?

Bu gün ölkəmizdə keçirilən tədbirlər də Azərbaycana insan və investisiya axınına səbəb olur. Çalışmaq lazımdır ki, keçirdiyimiz hər belə bir tədbir dünyaya Azərbaycan brendinin müxtəlif tərəfləri barədə konkret və vacib mesajlar ötürsün. Azərbaycanda xalçaçılıq və ya məsələn, mis emalı ənənələri ilə bağlı yeni tədbirlər keçirilməlidir. Bu zaman mütləq ölkəmizin xalçaçılığın xüsusiyyətləri önə çəkilməli, bizi başqa Şərq ölkələrindən fərqləndirən ənənələr göstərilməlidir.

Sözsüz, nəzərə alınmalıdır ki, Qərbdə bu istiqamət 50 ildən çoxdur inkişaf  edir. Bizim üçün isə yeni bir sahədir. Bu baxımdan, Azərbaycan brendinin yaradılması prosesinə Qərb mütəxəssislərinin də cəlb edilməsi çox mühüm nəticələr əldə etməyə şərait yaradar.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında