Qro Harlem Brudtland: Bakı uğurlu beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib

IV Qlobal Bakı Forumu başa çatsa da, bu mötəbər tədbirin xoş sədaları dünyanın müxtəlif yerlərindən hələ də eşidilməkdədir. Forum iştirakçıları Azərbaycanda gördükləri hörmət və ehtiramdan, ölkənin inkişafından, həmçinin nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilməsindən məmnunluqla danışırlar.

Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland  da tədbir iştirakçıları arasında idi. O, forum haqqında fikirlərini bizimlə bölüşərkən dedi ki, Qlobal Bakı Forumunda ilk dəfədir  iştirak edirəm: “Tədbirin yüksək səviyyədə təşkilindən çox razı qaldım. İlk növbədə isə Azərbaycandakı qonaqpərvərlik, tədbirə qatılanlara yüksək səviyyədə diqqət və qayğı göstrilməsindən məmnun oldum. Dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı qonaqların yüksək səviyyədə qarşılanması Azərbaycanın nüfuzlu tədbirlərin keçirilməsində böyük təcrübə qazanmasından xəbər verir. Etiraf etmək lazımdır ki, bu gün Bakı uğurlu beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib. Bunu görməkdən çox məmnun qaldım”.

“Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda  keçirilən sessiyada iştirak etdiyini deyən sabiq Baş nazir, müzakirə olunan məsələlərin aktual və zəruri olduğunu bildirdi.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2016-cı ilin  “Multikulturalizm ili” elan edilməsinin vacibliyindən danışan norveçli diplomat multikultural dünyanın gələcək nəsillər üçün böyük imkanlar yaradacağını vurğuladı.  Azərbaycanda multukultral dəyərlərin təbliğinə töhfə olan bu cür vacib təşəbbüsü alqışladı və buna görə ölkəmizi təbrik etdi.

Xanım diplomat Azərbaycanın inkişafının düzgün müəyyənləşdirilmiş siyasətin nəticəsi olduğunu diqqətə çatdırdı.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında