Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

11 mart  2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilmişdir.

Görüşdə Xəzər dənizində vəziyyət və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın vəziyyəti və  perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılmış, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilmişdir.

Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə,  qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunmuş, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanmışdır.

Tədbir iştirakçıları bildir- mişlər ki, Xəzərdə hər-hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi dənizin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.  

Görüşdə həmçinin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdir.   

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında