Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri 20-ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşüb: “Bu hadisələr müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. 20 Yanvar günü həm də milli qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahlı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Mərdlik və igidlik simvoluna çevrildi, qəhrəmanlıq salnaməsi yaratdı. Bakıya yeridilən qoşunlar paytaxt və rayonlarda 131 nəfəri qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi”.

 Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə məhz ümummilli lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusi vurğulayıb: “ Xalqımızın böyük oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə pisləmişdir. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib”.

Anım mərasimində Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov, administrasiyanın dəniz nəqliyyatı siyasəti şöbəsinin müdiri Nigar Bağırova, hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin hüquq sektorunun baş məsləhətçisi Seymur Əsgərli, gəmi heyəti şöbəsinin təhsil-tədris və metodiki təminat sektorunun aparıcı məsləhətçisi Seyidilyas Qədirov, liman nəzarəti müfəttişi Emin Aşurov, Nəqliyyat və Texniki-Təminat İdarəsinin hüquqşünası Çərkəz Babayev  çıxış edərək o zaman Mixail Qorbaçov başda olmaqla imperya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri qətiyyətlə pisləyiblər.

Azərbaycan Respublikası
Dövlət Dəniz Administrasiyasının
mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında