Monteneqro NATO-ya üzvlüyə dair rəsmi dəvət məktubu alıb

Monteneqronun baş naziri və XİN rəhbəri İqor Lukşiç NATO-nun baş katibi Yens Stoltenberqdən ölkənin Alyansa üzv olması prosesinə başlanması ilə əlaqədar rəsmi dəvət məktubu  alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Monteneqro XİN məlumat yayıb.  

“Müəyyən edilmiş prosedura uyğun olaraq, rəsmi dəvət məktubunu aldıqdan sonra bir neçə ay davam edəcək  üzvlük barədə danışıqların başlanması gözlənilir. Danışıqlar başa çatdıqdan sonra üzv dövlətlər Monteneqronun Alyansa üzv olması haqqında protokol imzalayacaqlar və ratifikasiya prosesinə start veriləcək. Protokol Monteneqroya NATO-nun bir çox sammitində iştirak etməyə imkan verəcək”,- deyə Monteneqro hökumətinin rəsmi saytında dərc edilmiş məlumatda qeyd olunur.   

Məlumatda daha sonra bildirilir ki, Monteneqro NATO-nun inteqrasiya proqramına uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri icra etməyə layiqincə davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında