Gülnarə Məmmədzadə: Rəsmi Bakı daxili sabitliyin təmin olunmasında kifayət qədər imkana malikdir

“Azərbaycandakı 2015-ci il parlament seçkiləri regionda və dünyada baş verən çox çətin proseslər fonunda keçirilir. Dünya miqyasında qeyri-sabitlik tendensiyası artır və bu proseslər ölkələrin daxili siyasi vəziyyətinə təsir edir”. Secki-2015.az saytı xəbər verir ki, bu sözləri  Bakıda “Parlament seçkiləri ərəfəsində Azərbaycan” mövzusunda təşkil olunan Moskva ilə telekörpüdə “Sputnik-Azərbaycan” agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə bildirib.

Onun sözlərinə görə, seçkilər, bir qayda olaraq, xarici qüvvələrin müdaxiləsi və məqsədlərini reallaşdırmaları üçün əlverişli şərait yaradır.

“Bu şəraitdə, həm parlament seçkilərinə qədər, həm də ondan sonra Azərbaycan hakimiyyətinin qarşısında milli təcrübə və beynəlxalq arenadakı mövqeyi nəzərə almaqla, dövlət idarəçiliyi sisteminin effektivliyini gücləndirmək vəzifəsi dayanır. Rəsmi Bakı daxili sabitliyin təmin olunması üçün müəyyən təcrübəyə və kifayət qədər imkana malikdir. Bəzi Qərb ölkələri və onların siyasətləri ilə əlaqəli beynəlxalq qurumlar qarşıdan gələn parlament seçkilərini maksimum şəkildə mürəkkəbləşdirməyə çalışırlar. Bu hadisə Azərbaycanın xarici çağırışlara qarşı qətiyyətinin yoxlanılmasının vacib mərhələsi kimi təqdim edilir,”- deyə o qeyd edib. 

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında