“Azərlotereya”dan yeni ani lotereyalar

“Azərlotereya” yeni ani lotereyaları həvəskarların ixtiyarına verir

Lotereya bazarının çox maraqlı özəllikləri var. Məsələn, hazırda əsas uduşların məbləğləri, müvafiq olaraq  “Binqo” lotereyasında 175 min manat,  “Super Loto” lotereyasında  188 min manat və “Klassik Loto” lotereyasında 214 min manatdırsa, bu o demək deyil ki, bütün lotereya iştirakçıları “Klassik Loto” lotereyasına üz tutur.  Bu lotereyaların son tirajlarında iştirakçıların sayını müqayisə etsək cüzi fərq müşahidə edərik. Başqa sözlə, lotereya həvəskarlarının bu və ya digər lotereyaya münasibətdə öz meyarları var və uduşların həcmi heç də yeganə meyar deyil.    İstehlakçının bu və ya digər lotereyaya münasibətinin formalaşmasında onun özünün, yaxud dost-tanışlarından kiminsə, nə vaxtsa hansısa lotereyada udması da əhəmiyyət daşıyır. Məsələn, “Super Loto” lotereyasından Kia “Rio” avtomobili udan Yaşar Əhmədov və onu tanıyanlar üçün hazırda “Super Loto” ən populyar lotereyadır.

İntellektual lotereyalara üstünlük verənlər isə ehtimal və intuisiyalarını sınaqdan çıxarmağı xoşlayırlar. Hazırda “5/36” lotereyası üzrə “Cek Pot”un məbləği “6/40” lotereyası üzrə “Cek Pot”un məbləğindən iki dəfə çox olsa da, bu lotereyaların iştirakçılarının sayı arasında ciddi fərq yoxdur. İntellektual lotereyaların da sadiq iştirakçı qrupları formalaşıb və yeri gəlmişkən, onlar arasında ənənəvi uduş yarışı davam etməkdədir. “6/40” lotereyasında “Cek Pot” uduşu qeydə alındıqdan sonra “5/36” lotereyasında da möhtəşəm bir “Cek Pot” uduşu özünü çox gözlətmədi. Lotereyasevərlərin dili ilə desək,  Elvin Salamovun 54 min 255 manat məbləğində uduşuna başqa bir bəxtəvər həmvətənimiz - Ziyad Qasımov 76 min 880 manat məbləğində uduşla cavab verdi. Ani lotereyaların populyarlaşmasının səbəblərdən biri odur ki, burada axşamı, sabahı, tirajı gözləməyə lüzum yoxdur. Getdiyin yerdə lotereya satış məntəqəsinə rast gəlirsən, bir ədəd bilet alırsan, pozursan və bu tipli lotereyalarda oynanılan milyon ədəddən çox olan uduşlardan birinə sahib olursan.

Bir çox lotereya həvəskarları bazara təzə çıxan ani lotereyalara üstünlük versələr də, Azər Abbasov  “Qızıl Kisə 3” ani lotereyasını aldı, pozdu və anındaca 5 min manata sahib oldu. Ani lotereyalar populyarlaşdıqca bazara yeni lotereyalar çıxır. “Uğurlu Rəqəm” seriyasından olan lotereyalara iştirakçıların xüsusi həvəs göstərdiyini nəzərə alan “Azərlotereya” bu yay ərzində lotereyanın dördüncü buraxılışı olan “Uğurlu Rəqəm 4”-ü istehlakçıların ixtiyarına verdi və bu lotereya dərhal lotereya həvəskarlarının sevimli oyununa çevrildi. Budur, bu populyar seriyadan olan daha bir lotereya - 235 min 382 ədəd uduş səbətinə malik  “Uğurlu Rəqəm 5” lotereyasevərlərlə görüşə hazırlaşır.

Bu lotereyanın unikallığı nədədir? Klassik ani lotereyalarla müqayisə etsək deyə bilərik ki, “Uğurlu Rəqəm 5” lotereyasının iştirakçısı, sanki,  bir bilet əvəzinə 4 bilet alır, başqa sözlə 4 oyunda iştirak edir. Lotereya biletinin üzərindəki yazılara diqqət yetirsəniz bu aydınca görünür. “Uğurlu rəqəm 5” lotereya biletinin uduşlarını müəyyən etmək üçün biletin üzərindəki üstüörtülü “uğurlu rəqəm” və “oyun xətləri”nin qoruyucu səthini pozmaq lazımdır. “Uğurlu rəqəm” zonasında yazılan rəqəm “oyun xətləri”nin üzərində olan rəqəmlərdən biri ilə üst-üstə düşərsə, bilet həmin xətdə göstərilən məbləği və ya prizi udmuş olur. Biletin üzərində 4 oyun zonası var və bu zonaların yalnız birində deyil, bir neçəsində uduş qeydə alına bilər. Bu halda bütün uduşlar cəmlənir.

Yayın son  ayını yaşayırıq. İstirahət mövsümü başa çatır və qarşıdan gələn payız mövsümünü sanballı bir uduşla başlamaq pis olmazdı. Bunun üçün isə imkanlar yetərincədir. Nikbin olun! Alın, udun! Uduş nikbinlərin qismətidir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında