RYTN Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş bütün e-xidmətlərini saytında və “Elektron hökumət” portalında yerləşdirib

“Elektron hökumət” bülleteninin  avqust buraxılışında “Elektron hökumət” portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb.

Nazirlikdən aldığımız məlumatda deyilir ki, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidmətini görmək olar.

RYTN-in təsdiq olunmuş 16 elektron xidmətindən hər biri  “Elektron hökumət” portalında yerləşdirilib.

Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti portal üzərindən istifadə olunur.

RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16  xidməti saytda yerləşdirilən 26 xidmət sırasında yer alır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında