Con DULFİN: Bakı koloritli şəhərdir

Avropa qitəsi idman hərəkatının tarixində ilk böyük həyəcanını yaşayır. 50 ölkədən gəlmiş 6 mindən artıq idmançının mübarizə apardığı möhtəşəm yarışları izləmək üçün dünyanın hər yerindən paytaxtımıza turistlər də axışır. Con Dulfin də belə qonaqlardan biridir. İrlandiyadan gəlmiş C.Dulfin Avropa Oyunları və Bakı haqqında təəssüratını bizimlə bölüşdü:

– “Azərbaycan haqqında məlumatım var idi. Xüsusilə də Avropa Oyunlarının Bakı şəhərində keçiriləcəyi barədə məlumatlarla tanış olduqdan sonra Azərbaycanla daha yaxından maraqlanmağa başladım. Bilirəm ki, “Bakı-2015” Avropa qitəsində keçirilən və Avropa xalqlarının qatıldığı ilk böyük idman tədbiridir. Mən də bu möhtəşəm mübarizəni izləmək üçün Azərbaycana gəldim. İrlandiya idmançıları da medallar uğrunda mübarizə aparacaqlar. Ümid edirəm ki, həmvətənlərim İrlandiyanı yüksək səviyyədə təmsil edəcəklər.

Bakı haqqında təəssüratım çox yaxşıdır. Paytaxtınız koloritli şəhərdir, özünəməxsus gözəlliyi var. Qədimliklə müasirliyi özündə birləşdirən görkəmi ilə xoş təəssürat oyadır. Dənizkənarı park və İçərişəhər xatirələrdə böyük iz qoyacaq gözəlliklərə malikdir. Azərbaycanlıların qonaqpərvər və səmimi insanlar olduqlarını müşahidə etdim. Hər bir məsələdə kömək etməyə can atırlar. Bir sözlə, möhtəşəm şəhəriniz və qonaqpərvər xalqınız var”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında