Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində ilk məzun buraxılışı və hərbi hissədə andiçmə mərasimləri

Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsində yerləşən Xüsusi Məktəbində məzunların ilk buraxılışına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev, Heydər Əliyev Fondunun və Mərkəzinin nümayəndələri, generallar iştirak etmişlər.

Dövlət himnimiz səsləndikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək məzunları təbrik etmiş, tövsiyə və tapşırıqlarını vermişdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali diqqət və qayğıdan danışan general-polkovnik Elçin Quliyev Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi qeyd etmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən  sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün məktəbdə bütün şərait yaradılmışdır. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olması qısa müddətdə məktəbin respublikamızda böyük nüfuz qazanmasının göstəricisi olduğu vurğulanmışdır.

Məzunların DSX-nin Akademiyasına qəbul imtahanlarını uğurla verəcəkləri, akademiyada sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnərək yüksək ixtisaslı zabitlər kimi ölkəmizin sərhəd mühafizəsində şərəflə xidmət edəcəkləri bildirilmişdir.

Xüsusi məktəbin rəisi E.Quliyev və məktəbin məzunu S.Musayev tədbirdə çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər, məktəbin məzunlarının bu etimadı doğruldacaqlarına söz vermişlər. Təhsildə fərqlənən ilk məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunmuşdur

 

*    *    *

 

Göytəpə şəhərində yerləşən hərbi hissədə isə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır.

Tədbirdə DSX-nin müavini general-mayor Azad Ələkbərov gənc əsgərləri hərbi andiçmə və Respublika Günü münasibətilə təbrik etmiş, Şərqdə ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, İstiqlal Bəyannaməsinin elan olunduğu günün Azərbaycan tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmasından,  ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin qorunub saxlanması istiqamətində həyata keçirdiyi islahatlardan danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlətimizin sürətlə inkişaf etməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin böyük tarixi hadisə olması barədə ətraflı məlumat vermişdir.

General-mayor Azad Ələkbərov Azərbaycan sərhədçilərinin dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürur duyduqlarını qeyd etmişdir.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş, öz övladlarını təbrik etmiş, onlara intizamlı və məsuliyyətli olmağı, Vətənimizin sərhədlərini mərdliklə qorumağı tapşırmışlar. Tədbir gənc əsgərlərin təntənəli marşla keçidi ilə başa çatmışdır.

Elçin ABBASOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında