İradə Aşumova, Afina Olimpiadasının bürünc mükafatçısı: Avropa Oyunları əsl idman bayramına çevriləcək

Mən Atlanta, Sidney, Afina və Londonda keçirilən Olimpiya Oyunlarının iştirakçısıyam. Afinada keçirilən Olimpiya Oyunlarında bürünc medal qazandım.

Bizi ilk təbrik edənlər ümummilli liderimiz Heydər Əliyev, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva oldular. Məhz onların bizə göstərdiyi  diqqət və qayğı  nəticəsində biz yüksək nailiyyətlər qazandıq. Bu anlar heç vaxt yaddaşımızdan silinməz. Valideynlərimiz, qohumlarımız, tanışlarımız və azarkeşlərimiz isə bizi televiziya ilə izləyirdilər.

İndi isə birinci Avropa Oyunlarına isə ev sahibliyini Azərbaycan edəcək. Biz bu günü çox arzulamışıq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin, onun gərgin əməyinin bəhrəsidir. Möhtərəm Prezidentimiz həmişə çalışır ki, ölkəmiz gündən-günə çiçəklənsin, iqtisadi inkişaf daha da sürətlə getsin, həmişə siyasi sabitlik hökm sürsün. Azərbaycan xalqı daha firavan yaşasın. xalqımız, Vətənimiz həmişə güclü olsun. Xarici idmançılar, qonaqlar, dünyanın tərəqqipərvər ictimaiyyəti Azərbaycanın qüdrətli, sərvətli və sülhsevər bir ölkə olduğunu əyani şəkildə görsünlər.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, birinci Avropa oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da  misilsiz əməyi var. Ölkəmizdə yeni idman və sağlamlıq obyektlərinin qurulmasında, yeni idmançılar nəslinin  yetişməsində onlara diqqət və qayğıda Mehriban xanımın  zəhməti əvəzsizdir.

Biz idmançılar da çalışacağıq ki, həmişə  onların etimadını  doğruldaq. Mən əminəm ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əsl idman bayramına çevriləcək və uzun zaman yaddaşlarda qalacaq.

  Qələmə aldı:
Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında