ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımadıqlarını bəyan ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayaraq mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımadıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda həmsədr dövlətlərin, eləcə də hər hansı digər ölkənin Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığı qeyd olunur.

Həmsədrlər bəyanatda bildirirlər: “Müvafiq olaraq, biz bu ”seçkilər"in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən nəticələr kimi tanımırıq və qeyd edirik ki, bu, Dağlıq Qarabağın yekun statusu və ya münaqişənin uzunmüddətli və sülh yolu ilə həlli üçün aparılan danışıqların gedişi üzərində qabaqcadan heç bir şəkildə hökm verə bilməz".

Bəyanatda, həmçinin Fransa Prezidenti Fransua Ollandın regiona səfərindən bəhs edilir, prezidentlər səviyyəsində dialoqun intensivləşdirilməsi üçün bu ilin sonunadək növbəti görüşün keçirilməsinin vacibliyi qeyd edilir.

Elgün NİFTƏLİYEV,
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında