Avropanın lap ürəyində

Onda  aprel ayı idi – 2007-ci ilin apreli. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, deyəsən, Azərbaycana yeni-yeni ayaq açırdı. Hər halda, onun səkkiz il əvvəl bizim yerlərə ilk səfərlərindən birinin, bəlkə də birincisinin respublikamızla tanışlıq xarakteri daşıdığını düşünmək olardı.

 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verildikdən sonra isə AOK prezidenti dəfələrlə Azərbaycanda olub, həmişə də böyük səmimiyyətlə, qətiyyətlə ölkəmizin və idmanımızın ünvanına xoş sözlər söyləyib. Amma cənab Hikkinin səkkiz il əvvəl Masallı Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan rəhbəri İlham Əliyevə müraciətlə söylədiyi bir fikir daha təsirli səslənmişdi və aşağıda xatırladacağımız bu fikir gəlişi xoş sözlər deyildi, inkişafı, gözəlliyi dəyərləndirməyə xəsislik etməyən bir insanın ürəyindən gələn sözlər idi. Onda isə nə vaxtsa qitəmizin idman hərəkatında yeni bir dövrün başlanğıcı olacaq Avropa Oyunları keçirmək ideyası bəlkə də hələ heç kimin ağlına  gəlmirdi.

Qayıdaq 2007-ci ilin aprelinə və Patrik Hikkinin həmin mərasimdəki çıxışlarından bir məqama:

“Hörmətli cənab Prezident, ola bilsin, coğrafi baxımdan ölkəniz Avropanın mərkəzindən uzaq olsun. Amma idmanla və Masallıdakı kimi bu cür gözəl komplekslərin tikintisi ilə siz Avropanın lap ürəyində yer tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, idman, sözün əsl mənasında, xalqları birlik və dostluq şəraitində bir araya gətirən vasitə kimi çıxış edə bilər. Azərbaycan xalqı milli ruhu, qonaqpərvərliyi və idmana olan məhəbbəti ilə özünəlayiq nüfuz qazanmışdır. Qoy bu nailiyyət uzun illər davam etsin”.

Patrik Hikkinin xoş məramla söylədiyi bu sözlər Avropa Olimpiya Hərəkatı rəhbərinin qitə idmançılarının böyük və səmimi ailəsinin ən fəal üzvlərindən birinin onda yaratdığı xoş hisslərin ifadəsidir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında