Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə bağlı məlumat yayıb

Nepalda baş vermiş zəlzələdə Azərbaycan vətəndaşları arasında ciddi xəsarət alan olmayıb.

Bu barədə məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazirliyin təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakətlə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.

İlkin məlumata əsasən Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycanın Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında