Yaponiya Merkuri planetinə orbital tədqiqat modulu göndərməyi planlaşdırır

 TASS informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiya hökuməti yaxın müddətdə Merkuri planetinə orbital tədqiqat modulu göndərməyi planlaşdırır.

 Bildirilir ki, modulu göndərməkdə məqsəd Günəşə ən yaxın planetin formalaşması prosesi haqqında məlumat əldə etməkdir. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Capan Aerospace exploration Agency - JAXA- red.) nümayəndələrinin məlumatına görə, modul kosmik fəzaya 2016 - cı ildə buraxılacaq.

Qeyd edilir ki,  “JAXA”-nın Saqamihara şəhərində yerləşən laboratoriyasında təqdim edilən kosmik aparatın uzunluğu 2,4 metr, çəkisi 280 kiloqram təşkil edir. Modul maqnit sahəsinin və Merkuri atmosferinin vəziyyətinin tədqiqi üçün beş ötürücü ilə təchiz edilib. Bildirilir ki, aparat Avropa Kosmik Agentliyinin “BepiColombo” adlanan birgə layihəsinin tərkib hissəsidir. Orbital modulun yaxın vaxtlarda Fransız Qvianasına aparılması, oradan 2016-cı ildə daha bir mini-stansiya ilə birlikdə buraxılması gözlənilir.

Yaponiya və Avropa mütəxəssislərinin planına görə, hər iki aparat Merkuri orbitinə 2024-cü ildə çatacaq. Aparatlar planetə 400 kilometr məsafəyədək yaxınlaşa biləcəklər ki, bu da onlara planetin relyefi və səthin mineral tərkibi haqqında informasiya toplamağa imkan verəcək. Mənbənin məlumatına görə, layihənin ümumi dəyəri 125 milyon dollar təşkil edir.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında