“Bahar Sevincləri”ndən Jeep “Cherokee” və daha iki KİA “Rio”

“Azərlotereya”nın ilk bahar layihəsi - “Binqo+8" lotereyası uğurla başa çatdı. Martın 9-da bu lotereyanın tirajında iştirak edən lotereya həvəskarları 8 Mart gözəllik və zəriflik bayramına bir uduş bayramı da qatdılar. Martın 9-da da belə oldu.

Çoxsaylı tamaşaçıların gözü qarşısında 090244 nömrəli bilet KİA ”Sportage" avtomobilini uddu. “Binqo+8"-in sürprizləri bununla bitmədi. Hər biri iştirakçılara bir ədəd KİA ”Rio" avtomobili bəxş edən 5 əsas tur başa çatdıqdan sonra əlavə həvəsləndirici turlarda iştirakçılar daha iki avtomobil və çoxsaylı pul uduşlarına sahib oldular. Beləliklə, “Binqo+8" - in 9 mart tirajında KİA ”Sportage" və 7 ədəd KİA “Rio” avtomobilinə, eləcə də çoxsaylı sanballı pul uduşlarına sahib olan yüzlərlə həmvətənimiz baharın ilk bayramını yüksək ovqatla qeyd etdi.

“Azərlotereya”nın saytına (www.azerlotereya.com)  daxil olmaqla lotereyalarda qeydə alınan çoxsaylı iri uduşlar, onların sahibləri və oynanılan məbləğlər haqqında geniş məlumat ala bilərsiniz. Bu məlumatlar isə, sözün əsil mənasında, heyrət və müsbət emosiyalar doğurur. Baxmayaraq ki, ayda 15-20 ədəd avtomobil uduşunun şahidi olan daimi lotereya iştirakçılarını bir tirajda 8 avtomobil uduşu ilə təəccübləndirmək çox çətindir. Lotereya azarkeşləri yalnız iri uduşların statistikasını aparır və özlərini məhz belə uduşlara kökləyirlər. Yanvar ayının 23-də “6/40" lotereyasında qeydə alınan 159 min 305 manat məbləğində ”Cek Pot" uduşu haqqında ötən yazımızda məlumat vermişdik. Üstündən heç bir ay keçməmiş, fevralın 19-da Astara rayonu, Ərçivan kənd sakini Yaşar Əliyevin aldığı  500833 nömrəli “5/36" lotereya bileti onu 205 min 370 manat məbləğində möhtəşəm uduşa sahib etdi. Bu hələ ki, ilin ən böyük uduşudur. Hazırda oynanılan məbləğlər isə, o cümlədən, ”Binqo" - da 175 000 manat, “Super Loto” - da 188 000 manat, “Klassik Loto” - da 192 000 manat artmaqda davam edir.

Bununla belə, bayram ovqatına kökləndiyimiz bu günlərdə lotereyasevərlərin əsas diqqəti Novruz bayramı lotereyası – “Bahar Sevincləri”nə yönəlib. Lotereya həvəskarları bu tirajı səbirsizliklə gözləyirlər. Vaxta isə az qalır və mart ayının 23-də maraqlı və əyləncəli bir tirajda bəxtimizi sınaya bilərik. Bu tiraj da qaydalarının maksimum sadəliyi ilə fərqlənir. Diqqət edin, birinci turda istənilən üfüqi sıralarından hər hansı biri ən tez dolmuş lotereya bileti və ya biletləri uduşlu sayılırlar. İkinci turda hər hansı iki üfüqi sırası, üçüncü turda hər hansı üç üfüqi sırası, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş lotereya bileti və ya biletləri uduşlu sayılırlar. Beşinci turda beş üfüqi sırası tam dolmuş bütün biletlər uduşlu sayılırlar. “Azərlotereya” ASC-nin digər tirajlı lotereyalarında olduğu kimi, “Bahar Sevincləri” oyununda da bütün 5 turda qalibliyə ilk namizədlər və ya lotereya həvəskarlarının dediyi kimi ilk “gözləyənlər” mükafatlandırılırlar. Bu lotereyada da ən dramatik anlar əsas oyun başlanmazdan əvvəl yaşanacaq. İlk olaraq həvəsləndirici turda lototrondan çıxarılan 6 rəqəm Sizin lotereya biletinizin nömrəsi ilə uyğun gələrsə, deməli Jeep “Cherokee” avtomobili yüz faiz sizin möhtəşəm Novruz payınız olacaq. Əsas oyun başa çatdıqdan sonra bu qayda ilə iki KİA “Rio” avtomobili oynanılacaq və deməli, daha iki iştirakçı  yüz faiz avtomobil sahibi olacaq. Hər üç halda lototrondan çıxan uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona qaytarılacaq və yeni uduşlu nömrə müəyyən ediləcək.  Beləliklə, mart ayının 23-də axşam “Space” kanalının canlı efirində tirajı izləyənlər çoxsaylı pul uduşları ilə yanaşı, həvəsləndirici turlarda yüz faiz uduşlu Jeep “Cherokee” və iki KİA “Rio” avtomobillərinin uduşuna şahidlik edəcəklər. Mütləq bir həqiqətdir ki, uduşun sahibi olmaq şahidi olmaqdan qat- qat yaxşıdır. Bu haqda düşünməyə dəyər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında