İraq ordusu Tikritdəki terror düşərgəsini darmadağın edib

Dünən İraq Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların ölkə ərazisindəki ­“İslam dövləti” terror qruplaşmasının (İŞİD) mövqelərinə endirdiyi aviazərbələr nəticəsində təşkilatın azı 60 döyüşçüsü məhv edilib. Hava zərbələri əsasən Tikrit şəhərinin şimalındakı ərazilərə endirilib. Məlumatı TASS verib.

Məlumata görə, həmin ərazilərdəki mövqelərdə terrorçuların əsas qüvvələri yerləşdirilib. Aviazərbələr nəticəsində mövqelər darmadağın edilib.  

Başqa mənbələrin verdiyi məlumata görə, İŞİD dünəndən etibarən qoşunlarını həmin mövqelərdən çıxararaq Əl-Hüveycə yaşayış məntəqəsi istiqamətində şimal-qərbə doğru aparmağa başlayıb. Bundan bir gün əvvəl isə İraqın hökumət qüvvələri kürd silahlıları ilə birgə Bağdaddan 130 kilometr məsafədə yerləşən Tikrit istiqamətində geniş hücuma keçib. Ümumilikdə şəhərin azad edilməsi uğrunda döyüşlərə 30 minə qədər hərbçi cəlb edilib.

Bəzi məlumatlara görə, hazırda da davam edən əməliyyata İran da müəyyən dərəcədə dəstək verir. Bu ölkənin İraqa artilleriya qurğuları təqdim etdiyi və düşmənin atəş nöqtələrini artilleriya və raketlərlə vuraraq dəstək verdiyi bildirilir. 

İraqın sabiq prezidenti Səddam Hüseynin doğma şəhəri olan Tikrit terrorçular tərəfindən keçən ilin yayında ələ keçirilmişdi. Həmin vaxt İŞİD İraq ərazisinin üçdə birinə nəzarət edirdi. Hazırda İraqın ordu komandanlığı Tikritə ölkənin ikinci böyük şəhəri olan Mosula hücum üçün əsas plasdarm kimi baxır. Mosul bu günədək “İslam dövləti” terrorçularının əlində qalmaqdadır.

Terror qruplaşmasının məhv edilməsi istiqamətində beynəlxalq səylər də davam etdirilir. Son günlər ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus aviasiya da İŞİD mövqelərinə zərbələr endirib.

Dünən Avstraliya hökuməti İraqdakı qoşunlarının sayını artırmaq barədə qərar qəbul edib. Ölkənin Baş naziri Toni Ebbott terrorçularla döyüşmək üçün regiona əlavə olaraq 300 əsgər göndərəcəyini bəyan edib. “Biz təxminən 60 ölkəni birləşdirən beynəlxalq koalisiyanın üzvüyük və terrorçulara qarşı effektiv mübarizə aparmaq üçün müvafiq töhfələrimizi veririk”, - deyə Baş nazir qeyd edib.

Hazırda İraqda yerləşdirilmiş Avstraliya hərbi kontingentinin sayı 200 nəfərdir. Bunlar əsasən hərbi əməliyyatlarda iştirak etməyən xüsusi təyinatlılardır və İraq hərbi hissələri üçün təlimatçı rolunu oynayır. Avstraliyanın göndərəcəyi yeni heyət də eyni funksiyanı yerinə yetirəcək. 

Əlavə edək ki, keçən ilin sentyabrında Avstraliya Birləşmiş Ərəb Əmirliklərinin Minhad hərbi bazasına 8 hərbi təyyarə və 400 nəfərlik heyət göndərmişdi. Həmin təyyarələr bu gün də İraqdakı İŞİD mövqelərinə zərbələr endirir.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
October, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında